Misli Premyer Liqasında bu gün 10-cu tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün ilk görüşündə turnir cədvəlində qonşu olan komandalar üz-üzə gələcək.

 

4-cü yerdəki "Zirə"  ir pillə aşağıda qərarlaşan "Sabah"ı qəbul edəcək. Hər iki kollektivin aktivində 15 xal var.

 

Qeyd edək ki, Zirədə baş tutacaq qarşılaşmanın start fiti saat 17:30-da səslənəcək.

 

Misli Premyer Liqası

II dövrə, X tur

17:30. "Zirə" - "Sabah" 1:1

Qollar: Cesse Sekidika, 7 (0:1), Georgi Papunaşvili, 90+2 (1:1)

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov,  Zöhrab Abbasov, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Zirə. İdman Kompleksinin stadionu

 

"Zirə": 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 90. Davit Volkov, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Junior Martins, 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 10. Giorgi Papunaşvili, 24. Yusuf Laval, 17. Ayron Qomis, 19. Salifu Suma
Baş məşqçi: Rəşad Sadıqov
"Sabah": 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev (k), 6. Abdulax Xaybulaev, 20. Coy Lens Mikels, 18. Pavol Safranko, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça, 11. Kahim Parris
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 94. Rəvan Mirzəmmədov, 10. Namik Ələskərov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 44. Sofian Çakla, 99. Neqoş Kupusoviç
Baş məşqçi: Krunoslav Renduliç