Norveçin "Volerenqa" klubu "Qarabağ"ın son transferi İbrahima Vadjini transfer etmək istəyib. Sport2.az xəbər veir ki, Ağdam təmsilçisi 26 yaşlı seneqallı hücumçu üçün çıxış etdiyi "Haugesund"a Oslo klubundam daha çox transfer məbləği təklif edib.
Hətta "Volerenqa"nın baş məşqçisi Daq-Eylev Faqermo rəhbərliyə Vadjinin alınmasını tələbini çatdırıb, klub prezidenti də şəxsən danışıqda iştirak edib. Lakin Azərbaycan təmsilçisinin daha yüksək məbləğə oyunçunu aldığı qarşı tərəfin diqqətinə çatdırılıb.
Qeyd edək ki, "Qarabağ" qol hesabını "Neftçi"ylə son turdakı matçda (2:1) dublla aaçan Vadji ilə 3 illik müqavilə imzalayıb.