"Qarabağ"ın sabiq legioneri Miçel Madera karyerasını başa vurub. Sport24.az xəbər verir ki, bu haqda 36 yaşlı yarımmüdafiəçinin son klubu İspaniya "Luakin"inin rəsmi saytı xəbər yayıb.

Miçelin fiziki problemləri üzündən müqaviləsinə qarşılıqlı razılıq əsasında son qoyaraq, yaşıl meydanda çıxışını başa vurduğu açıqlanıb. Bu problemlərin təcrübəli yarımmüdafiəçinin azımi səviyyədə çıxış etməsinə imkan vermədiyi vurğulanıb

Qeyd edək ki, Madera "Qarabağ"da 2015 -20-ci illərdə forma geyinərək, 159 oyuna 30 qol vurub.