"Qarabağ" yeni qapıçının keçidini həll edib. Sport24.az-ın əldə etdiyi məlumata görə, Avropa Liqasındakı təmsilçimiz "Zenit"in və Rusiya millisinin sabiq üzvü Andrey Lunyovla anlaşıb.

Transfer yaxın günlərdə rəsmən açıqlanacaq.

Xatırladaq ki, "Qarabağ" son klubu Leverkuzen "Bayer"i olan 32 yaşlı Lunyovla keçən mövsümün qış fasilıəsində ciddi maraqlansa da, transfer son anda baş tutmamışdı.