"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində bu gün rəqibi olacaq yunanlar düşərlidi. Sport24.az xəbər verir ki, bunu Qurban Qurbanovun komandasının PAOK-la görüşlərinin nəticələrinə əsasən demək olar.

Məsələ ondadır ki, "Qarabağ" avrokuboklarda ardıcıl 9-cu mövsümdü çıxış etdiyi qrup mərhələsində (Avropa Liqası ilə yanaşı, Çempionlar Liqası və Konfrans Liqası) indiyədək məhz Yunanıstan təmsilçisi ilə matçlarda maksumum olan 6 xalı toplayıb. Bu, Saloniki klubunu evdə 2:0, səfərdə 1:0 hesabıyla məğlub etməklə reallaşıb. Göründüyü kimi, ağdamlılar yunanlardan qol belə buraxmayıb.

Qrupdakı digər təmsilçilərimiz olan "Neftçi"ylə "Qarabağ"ın qələbə hesabına belə aça bilmədiklərini nəzərə alsaq, "Qarabağ"ın bu nəticəsi Azərbaycan futbolu üçün də ilkdi. "Süvarilər"in Lüksemburqda "Düdelanj"ı və Kiprdə "Omoniya" böyük hesabla - 4:1 yensələr də, evdə onlarla yalnız heç-heçə edə bilib - 1:1 və 2:2.

Bir sözlə, Ağdam təmsilçisi qrupda yalnız yunanlarla görüşlərdə xal itirməyib. Üçüncü duel bu axşam "Olimpiakos"la olacaq.

Ümumiikdə götürdükdə isə Pireydəki matç Azərbaycan və Yunanıstan klublarının 13-cü dueli olacaq. Nəhs qarşılaşma ərəfəsində 12 oyunun düz yarısı heç-heçə başa çatıb.

Özü də maraqlıdı ki, bərabərlik ilk 6 matça təsadüf edib.Sonrakı 2 sınaqda "Qarabağ", son 4 qarşılaşmada Ellada təmsilçiləri qalib gəlib. Nəticələrin belə seriyalarla davam etməsi komandalar arasında duellərə də təsir edib. İlk oyunda qalib komanda ikinci matçda da üstün olub, ya da heç-heçə təkrarlanıb.

Bu duellər az qollu keçməsiylə də diqqət çəkir - 12 matça cəmi 17 qol. Topların fərqi 9-8 yunanların xeyrinədi.

Həm “Qarabağ”, həm “Olimpiakos” bu qarşıdurmalarda iki matça çıxıb. Və hər ikisi də qələbələri sıralayıb və qol da buraxmayıb. Deməli, iki rəqibdən ən azı birinin bu uğurlu seriyası bu gün Pireydə qırılacaq.

 

Azərbaycan və Yunanıstan klublarının avrokuboklarda görüşləri

Avropa Liqası
2012/13. “İnter” – “Asteras Tripolis” - 1:1, 1:1, p.2:4 
2015/16. “Qəbələ” – “Panatinaikos” - 0:0, 2:2
2015/16. “Qəbələ” – PAOK - 0:0, 0:0
2016/17. “Qarabağ” - PAOK - 2:0, 1:0
2017/18. “Panatinaikos” – “Qəbələ” - 1:0, 2:1
 

Çempionlar Liqası
2021/22. “Olimpiakos” – “Neftçi” - 1:0, 1:0