"Qarabağ" Portuqaliyanın III liqa təmsilçisi "Real SC" klubunda çıxış edən Felipe Rayanla maraqlanır. Sport24.az bu ölkənin "Record" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı braziliyalı yarımmüdafiəçini Azərbaycan çempionu ilə yanaşı Rumıniya təmsilçiləri də heyətinə qatmaq istəyir.

Felipe Braziliyada anadan olsa, karyerası Portuqaliyanın aşağı liqasına bağlıdı. Rayan hazırkı klubunda 2019-cu ildən oynayır.