Bu gün “Qarabağ” yeni transferinin adını açıqlayacaq. Sport24.az debütantla bağlı bir sıra məlumatları əldə edə bilib.


Ağdamlıların yeni transferinin 25 yaşı var. Futbolçu yarımmüdafiəçidi. Əsasən “10 nömrə” - hücumameylli yarımmüdafiəçi mövqeyində çıxış edən legioner ehtiyac olanda cinaha da çəkilir. Sözügedən futbolçu cənubi amerikalıdı və Filip Ozobiçlə əsas heyətdə yer almaq uğrunda mübarizə aparacaq.


Əlavə edək ki, bu gün rəsmən adı açıqlanacaq futbolçu cari mövsüm “Qarabağ”ın ilk transferi olacaq.