"Qarabağ" Norveçə yola düşüb. Sport24.az xəbər verir ki, təmsilçimiz Avropa Liqasının Liqa mərhələsində qarşılaşacağı "Bodo Qlimt"lə oyuna 2 gün əvvəldən yollanıb.

 

Qurban Qurbanovun yetirmələri Bodo təmsilçisi ilə noyabrın 7-də qarşılaşacaq. IV turun matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

 

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində keçirdiyi ilk üç oyunda məğlub olub. Ağdam klubu "Tottenhem"ə səfərdə 0:3, "Malmö" və "Ayaks"a evdə müvafiq olaraq 1:2 və 0:3 hesabı ilə uduzub.