"Qarabağ"ın mövsümlərarası fasilədəki ilk transferi Fabiyan Buntiç Bakıda ilk məşqinə çıxıb. Sport24.az xəbər verir ki, Almaniya vətəndaşı olan xorvat qapıçı "Azərsun Arena"da hazırlıq keçib.

 

Dünən ölkəmizə gələn qolkiper Azərbaycan çempionu ilə 3 illik müqavilə imzalayıb. Buntiç bu gün arenada ilk məşqini gerçəkləşdirib. "Qarabağ" hazırda istirahətdə olduğu üçün legioner fərdi hazırlıq keçib.

 

Qeyd edək ki, Buntiç son iki mövsümü Portuqaliyanın "Vizela" klubunda keçirib.