"Qarabağ"ın monteneqrolu futbolçusu Marko Yankoviç Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında ölkəsinin komandasına dəstək olub. Sport24.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, E qrupunda İndoneziya - Monteneqro matçını tribunadan izləyib. Yankoviç Monteneqronun 4:0 hesablı qələbəsindən sonra meydana girərək yığmanı təbrik edib.
Qeyd edək ki, Monteneqro 1/8 finalda Tailanda rəqib olub.