"Qarabağ"dan Norveçin "Sarpsborq" komandasına keçən Kris Kuakunun karyerasını ölkəmizdə dava etdirmək imkanı olub. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

Premyer Liqa təmsilçilərindən ikisi 26 yaşlı yarımmüdafiəçini icarəyə götürməyi planlaşdırıb. Lakin afrikalı oyunçu Azərbaycanda qalmaq istəməyib.

Ağdam təmsilçisində heyətə düşməkdə çətinlik çəkən Kris Kuaku ilə Türkiyə klubları da maraqlanıb.

O, son anda "Sarpsborq"un təklifini qəbul edərək "Qarabağ"dan ayrılıb.

Qeyd edək ki, Kuaku 2025-ci ilin yayında Azərbaycan çempionuna keçmişdi.