AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XXVII turunun oyunları ilə bağlı qərarlar verilib.

 

"Kəpəz" – "Qarabağ" oyunu bitdikdən sonra qonaqların azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimə edilib.

 

"Sabah" – "Zirə" matçında Əsasnamənin tələbləri pozulduğuna görə Bakı klubu 500 manat cərimələnib.