"Qarabağ" Konfrans Liqasına hazırlıq prosesini davam etdirir. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi Avstriya toplanışı öncəsi son məşqini edib. Yeni transfer olan millimizin hücumçusu Ramil Şeydayev də ilk məşqə çıxıb.
Bu gün istirahətə buraxılan komanda sabah səfərə çıxacaq. Qurban Qurbanovun komandası Avstriyadakı 2 həftəlik hazırlıq prosesində 4 yoxlama matçı keçirəcək.
Xatırladaq ki, "Qarabağ" Konfrans Liqasında mübarizəyə başlayacağı II təsnifat mərhələsində İsrailin "Aşdod" klubuyla ilk görüşünü iyulun 22-də evdə keçirəcək.