"Kəpəz"dən ayrılan İlkin Qırtımov karyerasını "Zaqatala"da davam etdirə bilər. Bu barədə məlumatı Sport24.az-a komandanın baş məşqçisi Rüstəm Məmmədov deyib.

O, oyunçu ilə ilkin danışıqların gerçəkləşdiyini söyləyib. Klub maaş məsələsində təcrübəli futbolçunu razı sala bilsə, təcrübəli futbolçu böyük ehtimal növbəti mövsüm "Zaqatala"da çıxış edəcək.

Qeyd edək ki, ötən mövsüm "Kəpəz"ə qoşulan İlkin Qırtımov 17 çempionat matçında meydana çıxıb.