ÇSKA-nın hücumçusu Sekou Koyta Türkiyə təmsilçisi "Gənclərbirliyi"nə keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Reşat Can Özbudak (X şəbəkəsində 102 min abunəçi) məlumat yayıb.
Türklər artıq futbolçu ilə şəxsi müqaviləni və CSKA ilə transfer məbləğini razılaşdırıblar. Malili futbolçu hazırda viza prosesindən keçir.
Qeyd edək ki, Koyta ötən mövsüm Rusiya Premyer Liqasında 22 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.