"Everton" "Yuventus"un yarımmüdafiəçisi Duqlas Luisi transfer etməyə hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə "Football İnsider" məlumat yayıb.
Mənbənin sözlərinə görə, ingilis tərəfi 27 yaşlı braziliyalının transferi üçün sövdələşməni başa çatdırmaq üçün təxminən 46 milyon avro ödəməli olacaq.
Luis kareyarsı ərzində İngiltərə Premyer Liqasında çıxış edib. O, "Aston Villa" və "Mançester Siti"nin formasını geyinib.
Qeyd edək ki, yarımmüdafiəçi 2024/25 mövsümündə bütün turnirlərdə 27 matçda meydana çıxıb. Onun "Yuventus"la müqaviləsi 2029-cu ilin yayında başa çatır.