Avropa Liqasının H qrupunda ilk turda keçirilən "Qarabağ" - "Molde" matçı bir dəqiqəlik sükutla başlayıb. Sport24.az xəbər ki, bu, Mərakeşdə və Liviyada baş verən təbii fəlakətlər nəticəsində ölənlərin xatirəsinə ehtiram əlaməti olub.

UEFA-nın qərarıyla bu həftə keçirilən bütün qrup oyunlarından əvvəl bunun olması nəzərdə tutulub.

Onu da bildirək ki, "Qarabağ" dəstəkləyən azarkeş qrupu "İmarət Tayfa" bir dəqiqəlik sükut bitməmiş "Şəhidlər ölməz, "Vətön" bölünməz" şüarını səsləndirməklə şəhidlərimizi yad edib.

Xatırladaq ki, "Qarabağ"da çıxış edən ftansalı yarımmüdafiəçilər Abdullah Zubirlə Yassin Benzia Fransa vətəndaşları olsalar da, əslən Mərakeşdəndilər.

 

MEHMAN SÜLEYMANOV