Konfrans Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ” Bakı Olimpiya Stadionunda (BOS) İsveçrənin “Bazel” klubunu qəbul edəcək. Sport24.az xəbər verir ki, bu oyundan öncə keçiriləcək açıq məşq (15 dəqiqə) və mətbuat konfranslarının vaxtları müəyyənləşib.
“Qarabağ”
17:00 Baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı
17:30 Komandanın oyun öncəsi son məşqi
“Bazel”
19:30 Baş məşqçi Patrik Rahmenin mətbuat konfransı
20:00 Komandanın oyun öncəsi son məşqi
Hər iki komanda bunları görüşəcəkləri BOS-da reallaşdıracaq.