Misli Premyer Liqasında VI turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az-ın məlumatına görə, altı matçda ümumilikdə 4871 fanat qeydə alınıb.
"İmişli" - "Zirə" (1:1) qarşılaşmasında 200, "Qarabağ" - "Qəbələ" görüşündə (2:0) 860, "Şamaxı" - "Araz-Naxçıvan" (1:1) duelində 1200, "Neftçi" - "Karvan-Yevlax" oyununda 1200, "Turan Tovuz" - "Kəpəz" matçında (3:0) 700, "Sabah" - "Sumqayıt" (1:1) qarşılaşmasında 711 tamaşaçı olub.
Qeyd edək ki, VII tura oktyabrın 3-də start veriləcək.