Misli Premyer Liqasında üçüncü dövrə arxada qaldı. Sport24.az saytının 3-cü mövsümdü həyata keçirdiyi Premyer Liqanın BİLİCİsi layihəsində son turda maksimal xal toplayan olmayıb.

Bu da "Neftçi" - "Kəpəz" matçında hamının meyda sahiblərinin qələbəsini proqnozlaşdırmasıyla bağlıdı. Yalnız "Sport24"çü Mehman Süleymanov heç-heçə yazmaqla tək tapan olub. Sadəcə, o, Zirədəki görüşün nəticəsində "yandırdığına" görə 4 xal toplayanlar sırasında olub. 

XXVII tura proqnozlarla aşağı linkdə tanış ola bilərsiniz:

(https://sport24.az/bizim-futbol/premyer-liqanin-bilicisi-uchuncu-dovrenin-son-proqnozlari_1)

 

XXVII turdan sonra turnir cədvəli: 

Kənan Məstəliyev - 89, Səxavət Qurbanov, Ruslan Sadıqov - hər ikisi 82, Süleyman Vəliyev - 80, Ruslan Mikayıllı, Kənan Həsənov - hər ikisi 78, Faiq Tahirov, Elmir Əliyev - hər ikisi 76, Mehman Süleymanov - 73, Ceyhun Əliyev - 71, İbrahim Cəfərov - 56.