Misli Premyer Liqasında III dövrə başa çatıb. Sport24.az 27 tur ərzində vurulan qolların hansı dəqiqələrdə vurulması ilə bağlı araşdırma aparıb.
İndiyədək çempionatda 319 qol qeydə alınıb.
Bunların 136-sı 1 - 45 dəqiqə aralığına təsadüf edib. Futbolçular 10 dəfə ilk hissəyə əlavə olunmuş dəqiqələrdə fərqləniblər.
148 qol 45 - 90 dəqiqə aralığında, 25 qol isə əsas vaxta əlavə olunmuş dəqiqələrdə vurulub.
Qeyd edək ki, 28-ci tur, martın 28-də start götürəcək.