"Rəvan"ın sabiq baş məşqçisi Bəhmən Həsənov region Liqasında çalışacaq. Sport24.az xəbər verir ki, PRO kateqoriyalı məşqçi "Xudat Siti"nin idman direktoru təyin edilib.
Bölgə təmsilçisi bu mövsüm AFFA Region Liqasında iştirak edəcək. Həsənov "Xudat Siti"nin akademiyasına da nəzarət edəcək.
Qeyd edək ki, Region Liqasında yeni mövsümün püşkü sabah atılacaq və çempionata martın 8-də start veriləcək.