"Kəpəz"də baş məşqçi Azər Bağırovun planlarına daxil olmayan daha bir futbolçu müəyyənləşib. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

Portuqaliyalı müdafiəçi Pedro Qomeş 41 yaşlı mütəxəssisin "qara siyahı"sındadır.

Oyunçunun məşqlərdəki performansı Bağırovu qane etmir. Məhz elə bu səbəbdən mütəxəssis komandaya rəhbərlik etməyə başlayanda legionerə forma şansı da verməyib.

Qomeş səfərdə "Qarabağ"a uduzduqları (0:1) VIl tur matçını və "Şamaxı"ya qalib gəldikləri (4:1) VIII turun görüşünü ehtiyat oyunçular skanyasından izləyib.

Buna baxmayaraq, müdafiəçinin Gəncə təmsilçisi ilə müqaviləsinin olması rəhbərliyin işini çətinə salır. "Sarı göylər" iyulda futbolçu ilə 2 illik müqavilə imzalayıb.