Portuqaliyanın "Alverce" klubunda çıxış edən Pedro Bicalho karyerasını Azərbaycanda davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə yerli "Diário de Transferências" nəşri məlumat yayıb.

"Qarabağ" 24 yaşlı braziliyalı yarımmüdafiəçini heyətinə cəlb etmək istəyir.

Qeyd edək ki, müqavilə ilə Braziliyanın "Palmeyras" klubuna məxsus olan oyunçu son iki mövsümü icarə əsasında bu komandada keçirib. O, 2024/2025 mövsümündə 33 oyunda meydanda olub və 2 qolla yadda qalıb. "Alverve" II liqada ikinci yeri tutaraq elitada iştirak hüququ əldə edib.