"Roma" Madrid "Atletiko"sunun hücumçusu Cakomo Raspadorini transfer ermək istəyir.
Sport24.az xəbər verir ki bu barədə "La Gazzeta dello Sport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Roma" Raspadorini 2 milyon avro qarşılığında icarəyə götürmək və 20 milyon avro satınalma hüququ əldə etmək istəyir. Madrid təmsilçisi isə bu bəndin müəyyən şərtlərlə məcburi olmasını tələb edir və bu halda məbləği 18 milyon avroya endirməyə hazırdır.

Qeyd edək ki, 25 yaşlı italyan futbolçunun "Atletiko" ilə müqaviləsi 2030-cu ilin yayında başa çatır.