"Çempionat olduqca maraqlı keçir. Heyət baxımından lider komandalar bilinsə də, tam olaraq turnir cədvəlində öz mövqeylərini tutmayıblar". Bu sözləri Sport24.az-a açıqlamasında Ceyhun Sultanov deyib.

 

Təcrübəli mütəxəssis Misli Premyer Liqasında mövsümün ilk yarısını dəyərləndirib:

 

"Sabah"ın çempion olmaq üçün potensialı var. Bunu bacaracaqlar? Maraqlısı da budur. Ümimilikdə bütün komandalar eyni səviyyədə futbol oynayır. İkinci yarı daha gərgin keçəcək. Ümid edirəm ki, xal fərqi böyük olsa da, çempionluq uğrunda 2 yox, bir neçə komanda mübarizə aparacaq".


Qeyd edək ki, "Sabah" fasiləyə 2025/2026 mövsümünün qış çempionu kimi yollanıb.