1-ci liqada "Ayın qolu" layihəsi çərçivəsində noyabr ayının ən yaxşı qolunun müəllifi olan "Mingəçevir" futbol klubunun üzvü Seymur Məmmədov mükafatlandırılıb. Sport24.az xəbər verir ki, bu barədə PFL-in saytı məıumat yayıb.
Futbolçuya mükafatı 12-ci turun "Mingəçevir" - "Şahdağ Qusar" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.