"Araz-Naxçıvan" klubunda yeni baş məşqçi ilə bağlı heç bir qərar verilməyib. Heç kim də Bakıda deyil". Bu sözləri Sport24.az-a Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.
Naxçıvan təmsilçisinin seleksiya işlərinə cavabdehlik daşıyan keçmiş yarımmüdafiəçi bir çox məşqçilərlə danışığın getdiyini söyləyib:
"Bütün bu işləri klub rəhbərliyi görür. Mənim heç bir məlumatım yoxdur".
Qeyd edək ki, "Araz-Naxçıvan" baş məşqçisi Elmar Baxşıyevlə yollarını ayırıb.