Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı açıqlanıb. Sport24.az xəbər verir ki, qarşılaşmalar yanvarın 29-da baş tutacaq.

 

Həlledici mərhələ "Aznur" – "Göyçə" matçı ilə start götürəcək. Ardınca "Sumqayıt"la "Qalaksi" üz-üzə gələcək.

 

"Birbaşa Bakı" "Laçın"ı sınağa çəkəcək. Digər iddialı "Zirə"nin rəqibi "Star Bakı" olacaq.

 

Qeyd edək ki, görüşlər Bakı Tennis Akademiyasında keçiriləcək.

 

Azərbaycan çempionatı
1/4 final, ilk oyunlar
29 yanvar

19:15. "Aznur" – "Göyçə"
20:30. "Sumqayıt" – "Qalaksi"
21:45. "Birbaşa Bakı" – "Laçın"
23:00. "Zirə" – "Star Bakı"