"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin ilk turunda evdə 1:0 hedabıyla məğlub etdiyi Norveçin "Molde" klubunin baş məşqçisi Erlinq Moe alqışalayiq hərəkət edib. Sport24.az xəbər verir ki, 53 yaşlı norveçli mütəxəssisin Tofiq Bəhramov adına Respublika stadionunda mətbuat konfransının sonunda söz istəyərək, dediyi fikirlər azərbaycanlı jurnalistlərin alqışına səbəb olub: “Son olaraq, əlavə etmək istərdim ki, Azərbaycanın ölkə olaraq bizi çox yaxşı qarşıladı. Çətin dönəmdə olduğunuzu bilirəm. Sizə ən yaxşısını arzulayıram. Ümid edirəm ki, sonda hər şey Azərbaycan üçün yaxşı olacaq”.

Xatırladaq ki, Azərbaycan dünən Qarabağdakı erməni sepatatçıları təslim etməyə məcbur edib.