Misli Premyer Liqasında X turun oyunları davam edir. Sport24.az xəbər verir ki, günün ikinci qarşılaşmasında "Neftçi" öz meydanında "Səbail"i qəbul edəcək. 

 

Bu, Samir Abasovun "Neftçi"nin baş məşqçi postuna qayıdışından sonra ilk matçı olacaq. Birinci dövrədə qələbəyə həsrət qalan "ağ-qaralar" Abasovun rəhbərliyi altında uğursuz seriyaya son qoymağa çalışacaq. "Neftçi" 3 xal qazana bilsə, turnir cədvəlində iki pillə irəliləyəcək. 

 

Qeyd edək ki, bu komandalar arasında ilk dövrədə keçirilən qarşılaşmada qalib aşkarlanmayıb - 1:1.

 

Misli Premyer Liqası

II dövrə, X tur

18:00. "Neftçi" - "Səbail" 3:1 (1-ci hissə)

Qollar: R.Şeydayev, 45+3. D.Darbo, 58, 67. - S.Abdullayev, 90+3

Qırmızı vərəqə: Edvin Kuç, 81

 

Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Rəhman İmami, Tural Qurbanov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Seymur Səlimli
Bakı. "Neftçi Arena"

 

"Neftçi": 93. Rza Cəfərov (k) 8. Emin Mahmudov 3. Höccət Haqverdi 17. Rəhman Hacıyev 14. Edvin Kuç 6. Rafael Quzzo 99. Ervin Koffi 44. Yuri Matias 24. Mustafa Sek 22. Dembo Darbo 20. Alfa Konte

 

Ehtiyat oyunçular: 1. Emil Balayev 30. Rüstəm Samiqullin 7. Azər Əliyev 90. Ramil Şeydayev 91. Ağadadaş Salyanski 47. Murad Məmmədov 4. Mark Tamaş 23. Robert Bauer 11. Kilan Lebon 88. Andrey Ştoqrin

 

Baş məşqçi: Samir Abasov

 

"Səbail": 1. Hüseynəli Quliyev 74. Yusif Nəbiyev (k) 18. Süleyman Əhmədov 11. Rüfət Abdullazadə 83. Nihad Quliyev 10. David Qomis 44. Amir Bilali 3. Dmitro Litvin 7. Madi Queta 5. Gitay Sofir 21. Ayman Bouali

 

Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə 25. Nicat Məmmədzadə 6. Cabir Əmirli 77. Fərid Nəbiyev 15. Vüsal Məsimov 19. Samir Abdullayev 17. Gülağa Əsədov 16. Emin Rüstəmov 14. Suleyman Alluş

 

Baş məşqçi: Şahin Diniyev