"Neftçi" klubunda daha bir kadr təyinatı reallaşıb. Sport24.az xəbər verir ki, bu barədə türkiyəli hüquqşünas Emin Özkurt şəxsi sosial şəbəkə hesabında paylaşım edib.

O, "ağ-qaralar"da rəsmi hüquq məsləhətçisi və klubun vəkili vəzifəsinə təyin olunduğunu açıqlayıb.

Özkurt bildirib ki, yeni vəzifəsində "Neftçi"nin FİFA və UEFA ilə bağlı hüquqi məsələlərini, həmçinin transfer proseslərini idarə edəcək. O, bu məsuliyyətli vəzifəyə layiq görüldüyü üçün qürur hissi keçirdiyini vurğulayıb.

Türkiyəli hüquqşünas paylaşımında göstərilən etimada görə "Neftçi"nin baş icraçı direktoru Cenk Sümərə də təşəkkürünü bildirib.