"Yuventus" "Aston Villa"nın qapıçısı Emiliano Martines ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Turin klubunun nümayəndələri futbolçunun agentləri ilə uğurlu görüş keçiriblər. Qapıçı özü Turin klubuna qoşulmaqda maraqlı olduğunu bildirib.
Turin klubu artıq klubla müqavilə şərtlərini razılaşdıracaq.
Qeyd edək ki, Martines ötən mövsüm Premyer Liqada 32 oyun keçirib və 39 qol buraxıb.