"Qarabağ" bu gün Avropa Liqasının 2026/27 mövsümündə mübarizəyə start verir. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsi çərçivəsində İslandiya "Vestri"si ilə ilk oyuna çıxacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 17-də İslandiyada keçiriləcək. Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" - "Vestri" cütünün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyun
20:00. "Qarabağ" (Ağdam) - "Vestri" (İslandiya) 3:0
Qollar: Savo, 30, Zubir, 45+1, Sefas, 86
Hakimlər: Roman Jitar, Vlad Lifçu, Vadim Vikol, Andrey Bregutse (Moldova)
VAR: Luka Çibelli (İsveçrə)
AVAR: Anoen Kanaqasinqam (İsveçrə)
"Qarabağ": 99 Mateuş Koxalski, 2 Mateus Silva, 55 Bədavi Hüseynov, 4 Bense Varkonyi, 5 Bruno Lanqa, 35 Pedro Bikalyo, 8 Marko Yankoviç, 20 Kadi Borges, 21 Aleksey Kaşuk, 10 Abdullah Zubir, 11 Zakaria Savo.
"Vestri": 1 Steinarsson, 15 Svavarsson, 3 Edson Eduardo Dias Qom, 12 Fete, 22 Qardarsson (K), 10 Haftorsson, 17 Hauksson, 29 Çeşmedciyev, 77 Fall, 6 Balde, 23 Hermannsson.