"Sportinq"in vingeri Ceovan Kenda "Çelsi"yə transfer olunub. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

 

19 yaşlı futbolçu London təmsilçisi isə 2034-cü ilə qədər müqavilə imzalayıb. "Transfermarkt"ın məlumatına görə, portuqaliyalı hücumçu "Çelsi"yə 50 milyon avroya başa gəlib.

 

Qeyd edək ki, Kenda ötən mövsüm bütün turnirlərdə 32 oyun keçirib, 6 qol vurub və 9 məhsuldar ötürmə edib.

Kenda həmçinin Portuqaliyanın 21 yaşadək komandasında meydana çıxdığı 13 oyunda, 7 qol və 5 məhsuldar ötürmə edib.