"Neftçi" Emil Balayevlə yeni müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

 

Anlaşmaya görə, təcrübəli qapıçı 2026-cı ilin yayınadək "ağ-qara" formanı geyinəcək.

 

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan və 2011-2014-cü illərdə də komandanın qapısını qorumuş Balayev 2023-cü ilin yayından Bakı təmsilçisinin heyətindədir. O, milli komandanın heyətində 14 oyun keçirib.