"Neftçi"nin Premyer Liqanın XXVIII turunda "Qəbələ" ilə keçirəcəyi oyundan əvvəl zədəli futbolçuların son durumu müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komanda sözügedən oyuna itkilərlə çıxacaq.

 

Bərpa prosesini davam etdirən Emil Balayevlə yanaşı, əzələ gərilməsi diaqnozu ilə müalicə keçən Mark Tamaş bu matçı buraxmalı olacaq.

 

Qeyd edək ki, "Qəbələ" - "Neftçi" oyunu sabah keçiriləcək və saat 16:30-da başlayacaq.