Xəbər verdiyimiz kimi, "Neftçi" paraqvaylı sol cinah yarımmüdafiəçisi Luis Ortisi 1 illik icarəyə götürüb. Sport24.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən Ortis bunları qeyd edib:

 

"Neftçi"də məqsədim irəliyə getmək, bu mövsüm komandanın hədəflərinə çatması üçün faydalı oyunçu olmaqdır. Kumirim həmişə Kriştiano Ronaldo olub. Onun "Real"dakı oyunlarına baxırdım".

 

"Futbolçu kimi 3 əsas xüsusiyyətin hansılardır?" sualını ləqəbinin Luço olduğunu bildirən 23 yaşlı futbolçu belə cavablandırıb: "Düşünürəm ki, top qəbulu, zərbə və sürətdir".