"Neftçi" Premyer Liqanın XVI turu çərçivəsində "Turan Tovuz"la ev matçına hazırlığını davam etdirir.  Sport24.az paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar" həmin görüşə oyununa itkilərlə çıxacaq.

Belə ki, bir müddətdir zədəli olan oyunçulardan xorvatiyalı qapıçı İvan Brkiç hələ də fərdi olaraq hazırlığını davam etdirir. Fələstinli yarımmüdafiəçi Ataa Caber isə topuğundakı burxulma səbəbi ilə 2 həftə yaşıl meydanlardan uzaq qalacaq. 

Xatırladaq ki, "Neftçi" – "Turan Tovuz" oyunu dekabrın 10-u saat 18:00-da "Neftçi Arena"da keçiriləcək.