"Neftçi"nin futbolçusu Murad Məmmədov 47 nömrəli formanı seçməsinin səbəbini açıqlayıb. Sport24.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi bu barədə "ağ-qaralar"ın mətbuat xidmətinə açıqlamasında bildirib.
Gənc oyunçu bunun "Mançester Siti"nin 47 nömrəli formada çıxış edən vingeri Fil Fodenlə bağlılığı olmadığını vurğulayıb: "Futbola müdafiəçi kimi başlamışam və 4 nömrəli forma geyinmişəm. Son Ruslan Qafitullin məni qol duyumum yaxşı olduğu üçün yarımmüdafiədə sınadı. Həmin vaxt 7 nömrə ilə çıxış edirdim. Neçə il belə oynadım. "Neftçi 2"yə çatanda hər iki nömrəni - 4 və 7-ni birləşdirmək qərarına gəldim".