"Neftçi" növbəti transferini reallaşdırmağa yaxındı. Sport24.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" Ceyson Lokilonu "rənglərinə qatmaq" üzrədi.


Belçikalı futbolçu hazırda İngiltərə Çempionşipində çıxış edən "Hall Siti"yə məxsusdu. Klubunun 25 yaşlı sağ cinah yarımmüdafiəçisinə görə tələb etdiyi təzminatı ölkəmizin ən qocaman komandasının rəhbərliyi qarşılamağa hazırdı.


Danışıqlar son fazaya daxil olub və transferin baş tutma ehtimalı kifayət qədər yüksəkdi.


Qeyd edək ki, mövsümlərarası fasilədə "Neftçi" daha öncə Emil Səfərov ("Qəbələ") və Edvin Kuçla  ("Balkani", Monteneqro) müqavilə imzalayıb.