Misli Premyer Liqasının 31-ci turunda "Neftçi"ni qəbul edəcək "Zirə"nin oyunöncəsi son məşqini klub rəbərliyi də izləyib. Sport24.az qəsəbə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, klubun İdarə Heyətinin sədri Orxan Məmmədov, prezidenti Taleh Nəsibov və digər rəhbər şəxslər məşqdən əvvəl komanda üzvləri ilə görüşüb, daha sonra isə hazırlığı izləyiblər. 

 

Qeyd edək ki, bu gün keçiriləcək "Zirə" - "Neftçi" oyunu ikincilik uğrunda mübarizə baxımından hər iki komanda üçün vacibdir. Oyunun start fiti saat 19:00-da səslənəcək