Bu gün Avropa Liqasında yarımfinal mərhələsi start götürüb.

Sport24.az xəbər verir ki, ilk oyunlar çərçivəsində iki qarşılaşma keçirilib.

Fransada "Marsel" "Atalanta"nı qəbul edib. Tərəflər hərəyə 1 qol vurublar. İtaliyanın digər klubu "Roma" öz meydanında mövsümün məğlubedilməzi "Bayer"in müqavimətini qıra bilməyib. Leverkuzen klubu səfərdə 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yarımfinalın cavab görüşləri mayın 9-da baş tutacaq.

Avropa Liqası
Yarımfinal, ilk oyunlar
2 may

23:00. "Marsel" – "Atalanta" - 1:1
23:00. "Roma" – "Bayer" - 0:2