"Neftçi"dən ayrıldıqdan sonra klubsuz olan Ataa Caber karyerasını Qətərdə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Qətər SC" 29 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə "Ysscores.com" portalı məlumat yayıb.

 

Qeyd edək ki, Ataa Caber 2022-2024-cü illərdə "Neftçi"də çıxış edib. Fələstin millisinin üzvü "ağ-qaralar"ın heyətində meydana çıxdığı 58 rəsmi matçda 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.