Rusiyanın "Ufa" klubu Azərbaycan əsilli futbolçusu Azər Əliyevlə vidalaşıb. Sport24.az Başqırdıstan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi"nin transferini həll etməyə çalışdığı 28 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 

Onun Premyer Liqa təmsilçisi ilə anlaşması cari mövsümün sonunadək idi. 

Qeyd edək ki, Azər "Ufa"ya 2018-ci ildə "Krılya Sovetov"dan keçmişdi.