"Qış transfer dövründə qapı mövqeyini gücləndirdik. Çox böyük təəssüf ki, əsas qapıçımız Aqil Məmmədov zədələndi". Bu fikirləri Sport24.az-a açıqlamasında "Neftçi"nin prezidenti Kamran Quliyev deyib.

O, qış toplanışına yeni başlayanda, komanda Bakı hazırlıq keçərkən dizindəki zədəyə görə əməliyyat olunan əsas qapıçı Aqil Məmmədovun dəqiq qayıdış tarixini hələ bilmədiklərini söyləyib: "Həkimlər deyir ki, bu mart, həmin ayın sonu ola bilər. Prinsipcə, çempionatımızın həlledici mərhələsi onda başlayır və belə başa düşdüm ki, Aqil yalnız həmin vaxt məşqlərə başlaya bilər. Bilmirəm ki, o, bizə bu mövsümdə nə dərəcədə kömək edə biləcək. Necə ki, bizə son 2-3 ildə kömək edirdi, əsas qapıçımız oldu və keçən il onunla çempion olduq. Aqilin yoxluğu bizim üçün böyük itkidi. Buna rəğmən, bizdə gənc qapıçılar da var. Antalyada yoxlama matçlarımızın birində belə biri — Rza Cəfərov qapıda dayandı və yeri gəlmişkən, yaxşı təəssürat oyatdı. Bu üzdən həmin mövqeyə pozitiv baxırıq. Üstəlik, təcrübəli qapıçı götürdük. İvan Brkiç Xorvatiyanın U-21 yığmasının sabiq üzvüdü.  Fikrimcə, qapı mövqeyində indi bizdə yaxşı rəqabət olacaq, hansı ki bunadək yox idi"

Xatırladaq ki, 27 yaşlı Brkiç son olaraq Latviyanın "Riqa" klubunda çıxış edib. 

 

 

CEYHUN ƏLİYEV