“Neftçi”nin daha bir futbolçusu zədələnib.

Sport24.az xəbər verir ki, Kenni Sayef Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Avstriyada baş tutan “Rapid”lə cavab oyununda sıradan çıxıb.

29 yaşlı yarımmüdafiəçinin əvəzində 100-cü dəqiqədə meydana Azər Əliyev çıxıb.

Daha əvvəl Azər Salahlı da zədə üzündən erkən əvəzlənmək məcburiyyətində qalmışdı. Onu bu görüşdə Mert Çelik əvəz etmişdi.

Əlavə vaxta gedən bu oyunda hazırda "Rapid" 1:0 hesabı ilə öndədir. Bakıdakı ilk görüşdə "Neftçi" 2:1 hesabı ilə qalib gəlib.