“Neftçi” Rusiyanın "Ufa" klubunun azərbaycanlı futbolçusu Azər Əliyevin transferindən vaz keçməyib. Bakı klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevin Sport24.az-a verdiyi nəlumata görə, Premyer Liqada çıxış edən 27 yaşlı cinah yarımmüdafiəçisi ilə danışıqlar hazırda da davam edir. 

Azərin klubuyla cari mövsümün sonunadək müqaviləsi var. "Neftçi" "transfer pəncərəsi" bağlananadək bu keçidi reallaşdırmağa çalışacaq.  “Yenisey”in yetirməsi olan Əliyev indiydəək yalız Rusiyada - “Saxalin”, “Krılya Sovetov”, “Tambov” klublarında çıxış edib.