AFFA Region Liqasında üçüncü yer uğrunda oyunun və final görüşünün hakim təyinatları açıqlanıb. Sport24.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 22-də "Göyəzən" və "Ağstafa Gəncləri" bürünc, "Şirvan"la "Xankəndi" isə qızıl medal uğrunda matçda qarşılaşacaqlar.

 

Hər iki oyun Qəbələ şəhər stadionunda keçiriləcək.

 

Region Liqası

22 may

3-cü yer uğrunda oyun

14:00. "Göyəzən" – "Ağstafa Gəncləri"

Hakimlər: Emin Əliyev, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev.

Hakim-inspektor: Rəhim Həsənov.

Qəbələ şəhər stadionu

 

Final

17:00. "Şirvan" – "Xankəndi"

Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev.

VAR: Tural Qurbanov.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: Rəhim Həsənov.

Qəbələ şəhər stadionu