"Mirabdullayla maraqlanırdılar. Onunla bağlı söhbətlər olmuşdu, bizə klublar müraciət etmişdilər. O, yetirməmiz olduğundan bizə yad insan deyil. Uzun müddətdi "Neftçi"də çıxış edir, iki müddət fasilə olub ki, bu zaman "Sumqayıt" və "Səbail"də icarədə olub". Bu fikirləri Sport24.az-a açıqlamasında "Neftçi"nin prezidenti Kamran Quliyev söyləyib.

Əsas heyətə düşməkdə çətinlik çəkən hücumçu Mirabdulla Abbasovun gələcək taleyi haqda danışan klub rəhbəri onunla bağlı təkliflər aldıqlarını gizlətməyib: "Futbol oynamaq üçün indi də düşünürəm ki, daha yaxşı olardı Mirabdulla dayanması. Lakin baş məşqçi deyilənm ki, onun yerinə qərar verim. Baş məşqçi vəziyyəti daha yaxşı bilir. Hazırda idman direktorumuz var ki, daha yaxşı oladı ona müraciət edərdiniz Abbasovla bağlı. Eyni zamanda baş məşqçimizə, Şəxsən mən onun tərəfdarıyam ki, futbolçu daim oynasın. Bunun lehinəyəm, üstəlik, o bizim klubun yetirməsidi, azərbaycanl futbolçudu. Amma təəssüf kİ. son yarım ildə oynamağa elə böyük şansı olmayıb Mirabdullanın. Son anda heç bir şey olmasa,o, əlbəttə, bizdə qalacaq, Bu haqda heç bir söhbət ola bilməz. Amma hər şey ola bilər.  Hazırda"transfer pəncərəsi" açıqdı".

 

 

CEYHUN ƏLİYEV